Iris Hotel Baku 2023 – cü ildən öz fəaliyyətinə başlamışdır. Bakı şəhərinin mərkəzi küçələrindən birində yerləşən İris Hotel Baku ölkəmizə gələn əcnəbi turistlər üçün əvəzedlməz bir məkana çevrilmişdir. 7000 kv m sahədən 78 otaqdan ibarət olan Iris Hotel Baku öz daxili interyeri ilə xüsusilə seçilir. 24/7 fəaliyyət göstərən restoran sahəsi qonaqlara fasiləsiz xidmət göstərir. 4 ulduzlu otellər sinifinə daxil olan İris Hoteldə qonaqlar Standart single Standart double Standart triple Junior Suite və King Suite otaqlardan istifadə edə bilər. Iris Hotel Baku ölkədəki nəhəng tur şirkətlərinin hər zaman maraq dairəsindədir və əməkdaşlıqdan hərzaman məmnunluq duyur.
Iris Lounge şəhərin mərkəzi küçələrindən birində, Salatın Əsgərova 176 ünvanında yerləşir və 2023-cü ildən fəaliyyət göstərir, 24 saat xidmət göstərir. Məkan milli və Avropa mətbəxindən müxtəlif təamlar təqdim edir və qonaqlar həm yerli, həm də beynəlxalq mətbəxin seçilmiş yeməklərini dadmaq imkanı əldə edirlər. İnteryeri müasir və zövqlü dizaynı ilə seçilir, daxili dekorasiya rahat və estetik atmosfer yaradır. Iris Lounge-un şəhər mənzərəsi xüsusilə axşam saatlarında çox möhtəşəmdir və böyük pəncərələr sayəsində panoramik görüntü təqdim edir. Məkan həm də ödənişsiz avtodayanacaq imkanı ilə qonaqlar üçün əlavə rahatlıq yaradır. Burada həm fərdi istirahət, həm dostlarla görüş, həm də vaxt keçirmək üçün uyğun şərait mövcuddur. Ümumilikdə Iris Lounge şəhər mərkəzində komfortlu, müasir və 24 saat fəaliyyət göstərən istirahət məkanı kimi seçilir.
Clover Hotel Baku Bakı şəhərindən 2017 ci ildən etibarən fəaliyyət göstərir. Butik oteller seqmentinin ən yaxşılarından sayılan Clover Hotel Bakı şəhərinin ən mərkəzi küçələrindən birində Xaqani küçəsində yerləşir. Şəhərin bütün mərkəzi nöqtələrinə 15 dəqiqəlik yerimə məsafəsində olan Clover Hotel ölkəyə səyahət edən turistlər üçün olduqca önəmli mövqe daşıyır. 400 kv m sahəsi olan Clover Hotel 12 otaqdan ibarətdir. Qonaqlar Clover Hotel – də Standart Standart triple Junior Suite otaqlardan istifadə edə bilər. Öz seqmentində önəmli mövqe tutan Clover Hotel ölkəmizdə turizm sahəsində önəmli yerlərdən birini tutur.
Erbaku Lounge 2026-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərir. Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən Erbaku Lounge öz unikal daxili dizaynı və interyeri ilə seqmentindəki restoran və kafelərdən fərqlənir. Bayraq Meydanının tam qarşısında yerləşən Erbaku Lounge möhtəşəm dəniz mənzərəsi ilə daha da seçilir. Erbaku Lounge milli və xarici mətbəxlərin təamlarını qonaqlarına yüksək keyfiyyətlə təqdim edir. Erbaku Lounge həmçinin müxtəlif ailəvi və korporativ tədbirlərin keçirilməsi üçün olduqca əlverişli bir məkandır.
Luwak Coffee Bakıxanov Mall-un əsas girişində, 1-ci mərtəbədə yerləşərək qonaqlarına rahat və zövqlü bir mühit təqdim etmişdir. Məkan, Türk mətbəxinin seçmə təamları və xüsusi qəhvə növləri ilə seçilərək, qısa müddət ərzində ziyarətçilərin sevimli ünvanlarından birinə çevrilmişdir. 2023–2025-ci illər ərzində tərəfimizdən uğurla idarə olunan Luwak Coffee, keyfiyyətli xidmət anlayışı, zəngin menyusu və isti atmosferi ilə qonaqlarına xoş təcrübələr bəxş etmişdir. 2025-ci ildən etibarən isə Luwak Coffee fəaliyyətini dayandırmışdır. Bununla belə, bu müddət ərzində qazandığımız təcrübə və yaratdığımız dəyər, gələcək layihələrimiz üçün önəmli bir əsas olmuşdur.
Torta Patisserie Bakıxanov Mall-un əsas girişində, 1-ci mərtəbədə yerləşərək qonaqlarına həm fast food, həm də müxtəlif şirniyyat seçimləri təqdim etmişdir. Tiramisu, cheesecake və digər ləzzətli desertləri ilə seçilən bu məkan qısa istirahət və xüsusi anlar üçün ideal bir ünvan kimi tanınmışdır. Torta Patisserie 2023–2025-ci illər ərzində tərəfimizdən uğurla idarə olunmuş, zəngin menyusu və keyfiyyətli xidmət anlayışı ilə müştərilərinə xoş təcrübələr yaşatmışdır. 2025-ci ildən etibarən Torta Patisserie fəaliyyətini dayandırmışdır. Bununla belə, bu dövrdə əldə edilən təcrübə və yaradılan dəyər gələcək layihələr üçün mühüm bir baza olmuşdur.
Bakıxanov Mall Ticarət və Əyləncə Mərkəzi 8 aprel 2023-cü il tarixindən etibarən Bakının dinamik ticarət və əyləncə məkanlarından biri kimi fəaliyyətə başlamışdır. Bakıxanov qəsəbəsinin mərkəzi meydanında, Yavər Əliyev küçəsində yerləşən mərkəz, ziyarətçilərə alış-veriş, əyləncə və istirahət üçün müasir və rahat şərait təqdim edir. Müasir memarlıq üslubunda inşa edilmiş Bakıxanov Mall, müxtəlif yaş qruplarının maraqlarını nəzərə alan geniş imkanlara malikdir. Ölkədə tanınmış bir çox aparıcı geyim və restoran şəbəkələrinin burada fəaliyyət göstərməsi, ziyarətçilərə zəngin seçim imkanı yaradır və sevimli brendləri bir məkanda birləşdirir. Bakıxanov Mall-un idarəçiliyi 2025-ci ildə tərəfimizdən uğurla təhvil verilmişdir və fəaliyyət yeni operator tərəfindən davam etdirilməkdədir.
Bakıxanov Mall-da yerləşən Bakıxanov Əyləncə Mərkəzi ən son texnologiyalarla təchiz olunmuş əyləncə avadanlıqları, uşaqlar və böyüklər üçün xüsusi oyun sahələri ilə qonaqların böyük marağına səbəb olmuşdur. VR Zone, Happy Zone, Bumper Cars, Trampoline Park, Zoom Zone və Bowling zallarından ibarət olan bu mərkəz əyləncə sektorunda özünəməxsusluğu ilə seçilmişdir. Burada həmçinin ölkəmizin qabaqcıl kinoteatr brendlərindən biri fəaliyyət göstərmiş və ziyarətçilərə ən yeni filmləri yüksək keyfiyyətdə izləmək imkanı təqdim etmişdir. Bakıxanov Əyləncə Mərkəzi böyükdən kiçiyə hər kəsin vaxtını xoş və əyləncəli keçirə biləcəyi bir məkan kimi fəaliyyət göstərmişdir. Bakıxanov Əyləncə Mərkəzinin idarəçiliyi 2025-ci ildə tərəfimizdən uğurla təhvil verilmiş və fəaliyyət hazırda “Kids Station” brendi altında davam etdirilməkdədir.
2016 cı ildən fəaliyyətə başlayan Ziyafet Steakhouse Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşir və günümüzdə aktiv olaraq fealiyyət göstərir. 1200 kv m sahəni əhatə edən Ziyafet Steakhouse restoranı, 2 mərtəbədən və 4 salondan ibarətdir. Öz fərqli dizaynı ilə göz oxşayan Ziyafet Steakhouse qonaqlarına üst seqment xidmət göstərən ət restoranıdır. Günlük 400 – 500 nəfər qonaq qəbul edən Ziyafet Steakhouse Qazaxıstan mətbəxinin önəmli təamlarından olan at ətinin steak halında servisini yüksək peşəkarlıqla təqdim edir. İşlətmələrimiz içində bu xidməti verən tək adres Ziyafet Steakhouse restoranıdır.
Deyirmen Un Məmulatları 2000 ci ildə Türkiyə Respublikasında İstanbul Ataşehir bölgəsində fəaliyyətinə başlamışdır. 1400 kv m ərazisi ilə fəaliyyət göstərən Deyirmen Un Məmulatları pizza pasta və pastane məhsullarının kafe konseptində satışı ilə məşğuldur. Fəaliyyət göstərən obyektlərimiz içində ən uzun iş saatı olan məkanımızdır. Deyirmen Un Məmulatları hər gün 07:00-02:00 saatlarında fəaliyyət göstərir. Türkiyə Respublikasında son dərəcə önəmli yer tutan Deyirmen Un Məmulatları Françayzinq adı altında fəaliyyətini davam etdirir.
Karasu Teknik 10 Mart 2022 – ci ildə gəmiçilik və dənizçilik sektoruna xidmət göstərmək üçün qurulmuşdur. Heyyətindəki 14 gəmi inşa mühəndisi və 40 dan çox sahə işləri üçün texniki heyyəti ilə birlikdə gəmiçilik və dənizçilik sektoruna böyük fayda verməyə çalışır. Karasu Teknik şirkətinin şüarı başda Xəzər dənizi olmaqla fasiləsiz xidmət və servis göstərməkdir. HD Hyundai Marine Elektrik Korea şirkətinin Türkiyə və Azərbaycanda tək satış və servis mərkəzidir. Karasu Teknik, eyni zamanda gəmilərin elektrik və elektronik, elektro mexanik ehtiyyat hissə tədarükçüsüdür.