Karadeniz Şirkətlər Qrupunun təməli 2005-ci ildə, şirkətin qurucusu Musa Okumuş tərəfindən tikinti sahəsində fəaliyyət göstərən Karadeniz MMC nin biznes fəaliyyətinə başlaması ilə qoyulmuşdur. İllər ərzində fəaliyyətini genişləndirərək inkişaf edən Karadeniz MMC bu gün kafe, restoran, otel işlətməçiliyi, dənizçilik və tikinti sektorlarını əhatə edən, 300-dən çox işçinin çalışdığı böyük bir şirkətlər qrupuna çevrilmişdir.
Fəaliyyət illəri ərzində 50-dən çox tikinti layihəsi uğurla həyata keçirilmişdir. Bu layihələrə tam istifadəyə hazır otellər, fabriklər, ticarət və əyləncə mərkəzləri, eləcə də yol inşaatları qürurla nümunə göstərilə bilər.
Karadeniz Şirkətlər Qrupu sermayəsi özünə aid olan ailə şirkətidir. Şirkətin əsas prinsiplərini işçilərin təhlükəsizliyi, ətraf mühitə həssaslıq, keyfiyyətli mühəndislik, işin səmərəliliyi və əxlaqi dəyərlərin qorunması təşkil edir. Bütün bu dəyərlərin mərkəzində isə müştəri məmnuniyyəti dayanır.
Azərbaycanın Bakı şəhərində yerləşən mərkəzi ilə yanaşı, Karadeniz Şirkətlər Qrupunun Qazaxıstan, Türkmənistan və Türkiyədə də nümayəndəlikləri fəaliyyət göstərir.
Bu gün şirkətlər qrupunun idarə edilməsinə qurucu Musa Okumuş – İdarə Heyətinin Sədri kimi rəhbərlik edir.