Quruluşumuzdan bu yana, tikinti sektorundakı qabaqcıl şirkətlərdən biri olaraq, keyfiyyətli işlər görmək üçün daim çalışırıq. İşimizə bağlılıq, təcrübə və yaradıcılıqla, müştərilərimizin gözləntilərini qarşılamaq üçün layihələrimizə diqqət yetiririk.

Əlaqə saxlayın

Bakıxanov Mall Ticarət və Əyləncə Mərkəzi

Bakıxanov Mall Ticarət və Əyləncə Mərkəzi 8 aprel 2023-cü il tarixindən etibarən Bakının dinamik ticarət və əyləncə məkanlarından biri kimi fəaliyyətə başlamışdır. Bakıxanov qəsəbəsinin mərkəzi meydanında, Yavər Əliyev küçəsində yerləşən mərkəz, ziyarətçilərə alış-veriş, əyləncə və istirahət üçün müasir və rahat şərait təqdim edir. Müasir memarlıq üslubunda inşa edilmiş Bakıxanov Mall, müxtəlif yaş qruplarının maraqlarını nəzərə alan geniş imkanlara malikdir. Burada ölkənin tanınmış geyim və restoran şəbəkələri, eləcə də ən son texnologiyalarla təchiz olunmuş Bakıxanov Əyləncə Mərkəzi fəaliyyət göstərmişdir. Əyləncə mərkəzi uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş xüsusi oyun sahələri, VR Zone, Happy Zone, Bumper Cars, Trampoline Park, Zoom Zone və Bowling zalları ilə qonaqların böyük marağına səbəb olmuş, həmçinin burada fəaliyyət göstərən qabaqcıl kinoteatr brendlərindən biri ziyarətçilərə ən yeni filmləri yüksək keyfiyyətdə izləmək imkanı yaratmışdır. Beləliklə, Bakıxanov Mall böyükdən kiçiyə hər kəsin alış-veriş, əyləncə və istirahət üçün üstünlük verdiyi məkanlardan birinə çevrilmişdir. Bakıxanov Mall-un və Bakıxanov Əyləncə Mərkəzinin idarəçiliyi 2025-ci ildə tərəfimizdən uğurla təhvil verilmiş, mall-ın fəaliyyəti yeni operator tərəfindən, əyləncə mərkəzinin fəaliyyəti isə hazırda “Kids Station” brendi altında davam etdirilməkdədir.

Layihə təfərrüatları

  • Başlama tarixi: 01.02.2020
  • Bitmə tarixi: 01.04.2023
  • Müştəri:
  • Xidmət: Ticarət mərkəzi
  • Ölçü: 21000
  • Ünvan: Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi